Hadisə

Bakıda tüfeylilərin davası ölümlə bitdi

Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

· Xəbərçi
Bakıda tüfeylilərin davası ölümlə bitdi
Bakıda bıçaqlanma ölümlə nəticələnib. Bakı şəhər baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, A.Mustafayev küçəsi 17-in qarşısından tüfeyli həyat tərzi keçirən Əcdər Mirzəyev döş qəfəsinin daxilə nüfuz edən bıçaq xəsarəti ilə Kliniki Tibb Mərkəzə yerləşdirilib. Həkimlərin müdaxilələrinə baxmayaraq yaralı xəstəxanada keçinib.

Keçirilmiş əməliyyat tədbirləri nətijəsində hədisəni törətməkdə şübhəli bilinən, tüfeyli həyat tərzi keçirən Maarif Abdullayev DİN Çevik Polis Alayının və Nəsimi rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Faktla abağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər