Bakının Nizami rayonunda yerləşən "Lotos" Ticarət Mərkəzinin arxasındakı küçədən naməlum kişi meyiti tapılıb. Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, meyit bu gün saat 12:30 radələrində aşkar edilib. Hadisə yerinə kriminalistlər yollanaraq araşdırmalara başlayıblar.
İlkin məlumata görə, kimliyi hələlik dəqiqləşdirilməyən şəxs ürək tutmasından keçinib.
Hazırda faktla bağlı araşdırmalar davam edir.
Bakıda ticarət mərkəzinin yanından meyit tapıldı
Hadisə yerinə kriminalistlər yollanıb




Şərhlər