Hadisə

Bakıda Tibb Universitetinin tələbəsi olan İran vətəndaşı intihar etdi

“Həyatdan bezmişəm, kimsə məni qınamasın...”

· Xəbərçi
Bakıda Tibb Universitetinin tələbəsi olan İran vətəndaşı intihar etdi
Ötən gün Bakının Səbail rayonunda intihar hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından lent.az-a verilən məlumata görə, 1992-ci ildə Təbriz şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı Talibi Zibasad Aslan oğlu özünü Səbail rayon, Yusif Məmmədəliyev küçəsi ev 11, mənzil 8-də asıb.

Məlumata görə, həmin mənzildə kirayə yaşayan və Tibb Universitetinin 3-cü kurs tələbəsi olan Z.Talibi özünü dəhlizdə kəndirlə asıb. Canına qəsd etmiş tələbənin cibindən kağız parçası da tapılıb. Z.Talibi belə yazıb: “Həyatdan bezmişəm, kimsə məni qınamasın”.

Qeyd edək ki, faktla əlaqədar araşdırmalar aparılır.

Şərhlər