Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansıyasının həkimi döyülüb. Bu barədə ANS PRESS-ə Sabuncu rayon polis İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, dünən axşam saatlarında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansıyasının 12 saylı Təcili Yardım Stansiyasına təcili çağırışla bağlı məlumat daxil olub. Çağırış əsasında 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsi, 8-ə gələn stansiyanın həkimi Marif Cəbrayıl oğlu Məmmədov həmin ünvanda döyülüb.
İlkin məlumata görə, hadisə həkimin xəstəyə yaxşı baxmadığını iddia edən xəstənin yaxınları tərəfindən törədilib.
Faktla bağlı 15-ci polis bölməsində ilkin araşdırmalara başlanılıb. ANSPRESS
Bakıda təcili yardım stansiyasının həkimi döyüldü
Bakıda təcili yardım stansiyasının həkimi döyüldü. Faktla bağlı araşdırma aparılır.




Şərhlər