Hadisə

Bakıda stomatoloji kabinet yanıb

Hadisə Nəsimi rayonunda qeydə alınıb.

· Xəbərçi
Bakıda stomatoloji kabinet yanıb
Bakı şəhəri, Nəsimi rayonunda stomatologiya kabineti yanıb. Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yerləşdirilib. Məlumata görə, hadisə adıçəkilən rayondakı beşmərtəbəli binanın 1-ci mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 50 kv.m olan 3 otaqlı stomatoloji kabinetin 1 otağının yanar konstruksiyaları içərisində olan stomatoloji avadanlıqlarla birlikdə 15 kv.m sahədə yanıb. Kabinetin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. ANSPRESS

Şərhlər