Hadisə

Bakıda soyğunçuluqla məşğul olan şəxs yaxalanıb

Samir Həsənzadə mağazadan pul oğurlamaqda ittiham olunur.

· Xəbərçi
Bakıda soyğunçuluqla məşğul olan şəxs yaxalanıb
Oktyabrın 21-də naməlum şəxs Bakının Ramanı qəsəbəsində yaşayan Fəridə Allahverdiyevanın həyətində olan mağazanın kassasından pul götürərək qaçıb. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Samir Həsənzadə oktyabrın 22-də yaxalanıb. ANSPRESS

Şərhlər