Bakıda sərxoş qadın 4-dü mərtəbədən yıxılaraq öldü
23 Avqust 2010 Bazar Ertəsi 10:00
Onun tüfeyli həyat sürdüyü bildirilir.
Bakının Nərimanov rayonunda bədbəxt hadisə baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə ötən axşam baş verib.
Məlumata görə, rayonun Zahid Xəlilov küçəsi 11, ev-60-da yaşayan 39 yaşlı Durujinina Aksana Aleksandrovna dördüncü mərtəbəbənin eyvanından yıxılaraq ölüb. O, eyvandakı məhəccərə söykənib və sürahinin qırılması nəticəsində yerə yıxılıb. D.Aksananın tüfeyli həyat keçirdiyi və həmin gün də sərxoş olduğu bildirilir.
Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: