Bakıda sərxoş oğul anasını bıçaqlayaraq öldürüb
06 Avqust 2009 Cümə Axşamı 10:35
Hadisə ötən gün Əmircan qəsəbəsində qeydə alınıb

 

Bakıda 69 yaşlı qadın oğlu tərəfindən bıçaqlanıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə  avqustun 5-də rayonun Əmircan qəsəbəsi, H. Zərdabi küçəsində baş verib. Belə ki, qəsəbə sakini, 1968-ci il təvəllüdlü Novotorjin Vladislav İvanoviç anası, 1940-cı il təvəllüdlü Novotorjina Valentina İvanovnanı bıçaqlayıb.
V. Novotorjina xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

V. Novotorjin Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib. Qətlin səbəbləri hələlik bəlli deyil. V. Novotorjinin hadisəni törədərkən sərxoş olduğu bildirilir.

Faktla bağlı Suraxanı rayon Prokurorlurunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar