Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, ər həyat yoldaşını döyərək öldürüb.
Belə ki, aprelin 13-də Maximov küçəsində yaşayan 45 yaşlı Etiram Qurbanov içkili vəziyyətdə 39 yaşlı həyat yoldaşı Asibə Qurbanovanı aralarında yaranan mübahisə nəticəsində ölümcül döyüb. Baş nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər alan qadın Səhiyyə Nazirliyinin Neyrocərrahiyyə xəstəxanasına aparılsa da, ayın 14-ü axşam saatlarında orada ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən ər saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı AR CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Bakıda sərxoş ər arvadını döyərək öldürdü
Hadisə Xətai rayonunda qeydə alınıb




Şərhlər