Bu gün Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. Prospektlə hərəkət edən avtobus “BMW” markalı avtomobil ilə toqquşub. Rayon Polis İdarəsinin növbətçi hissəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
Məlumata görə, xəsarət alanlar “BMW” markalı avtomobilin sürücüsü və sərnişinləridir. Faktla bağlı araşdırma aparılır.
Bakıda sərnişin avtobusu qəzaya düşdü
Yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər xəsarət alıb




Şərhlər