Hadisə

Bakıda sərnişin avtobusu "QAZel"lə toqquşub

Bir nəfər xəsarət alıb

· Xəbərçi
Bakıda sərnişin avtobusu "QAZel"lə toqquşub
Bu gün Bakınən Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Nizami rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 13.30 radələrində Q.Qarayev küçəsində qeydə alınıb.

Sərnişindaşıma ilə məşğul olan “Daewoo” markalı, 169 nömrəli xətt avtobusu qarşıdan gələn “QAZel” markalı yük maşını ilə toqquşub. Nəticədə abtobusun sərnişinlərdən biri yüngül xəsarət alaraq xəstəxanaya aparılıb.

Kosmetik vasitələrin satışı ilə məşğul olan firmaya məxsus “QAZel”in aşması daşıdığı yükün bir qismi yola dağılıb.

Hazırda faktla bağlı araşdırma aparılır, hadisənin səbəbi şahid ifadələrindən və texniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Şərhlər