Hadisə

Bakıda sərnişin avtobusu aşdı

Avtobusun içində xeyli sayda sərnişin olub, xəsarət alanların olduğu bildirilir

· Xəbərçi
Bakıda sərnişin avtobusu aşdı
Bakıda axşam saatlarında “Qara Qarayev” metrostansiyasının yaxınlığında avtobus aşıb. "Trend"in hadisə yerində olan əməkdaşının məlumatına görə, 212 saylı (indiki 12) avtobus maneəyə dəyərək aşıb. Avtobusun içində xeyli sayda sərnişin olub. Xəsarət alanların olduğu bildirilir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov faktı təsdiqləyib. O bildirib ki, hazırda hadisənin baş vermə səbəbləri araşdırılır, sərnişinlər arasında ölən və xəsarət alanların olduğu barədə məlumat yoxdur.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildiriblər ki, ilkin məlumata görə, hadisə nəticəsində 1 sərnişin ölüb, 5-dən çox şəxs xəsarət alıb. Hazırda həkimlər hadisə yerində xəsarət alanlara ilkin tibbi yardım göstərirlər.

Şərhlər