Hadisə

Bakıda sərnişin avtobusu ağaca çırpıldı

Hadisə Nizami rayonunda baş verib.

· Xəbərçi
Bakıda sərnişin avtobusu ağaca çırpıldı
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Nizami rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə ”Praqa” restoranı yaxınlığında baş verib. 25 saylı xətt üzrə işləyən “Daewoo” markalı avtobus idarəetməni itirərək ağaca çırpılıb.

Qeyd edək ki, hazırda hadisə yerinə polis və təcili yardım cəlb edilib. Qəza nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

Şərhlər