Hadisə

Bakıda saxta pul kəsən tutulub

Seymur Yusifovun evindən saxta əskinasların hazırlanmasında istifadə etdiyi printer, skaner, kserokopiya aparatı və sairə tapılıb.

· Xəbərçi
Bakıda saxta pul kəsən tutulub
Bakı şəhər Baş Polis İdarəsi saxta pul kəsən şəxsi saxlayıb. BPİ nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, idarə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Saleh Əliyevdən 1 qramdan artıq narkotik vasitə olan heroin və üzərinə baxış keçirilərkən 5 manatlıq saxta əskinas aşkar edilib. Əməliyyat tədbirləri nəticəsində onun həmin əskinası Nazir Süleymanov adlı şəxsdən əldə etdiyi müəyyənləşib. Keçirilən əməliyyat tədbirləri nəticəsində N.Süleymanov da tutulub və ondan 8 ədəd saxta 5 manatlıq əskinas tapılıb.

N.Süleymanov isə öz növbəsində əskinasları Binəqədi qəsəbəsində yaşayan əvvəllər məhkum olunmuş Seymur Yusifovdan əldə etdiyini bildirib. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində S.Yusifov yaxalanıb və onun yaşadığı evdən 2 ədəd saxta 20 manatlıq əskinas və saxta əskinasların hazırlanmasında istifadə etdiyi printer, skaner, kserokopiya aparatı, xətkeş, kəsici alət və kağızlar aşkar edilib. ANSPRESS

Şərhlər