Bakıda “reketçilik”lə məşğul olan dəstə tutulub
04 Avqust 2011 Cümə Axşamı 13:07
Saxlanılanlar iş adamına hər ay onlara 30.000 manat ödəmək öhdəliyi qoyublar
İş adamına hədə-qorxu gələn şəxslər saxlaanılıblar. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. ANS PRESS-in nazirliyin rəsmi saytına istinadla verdiyi məlumata görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tərdbirləri nəticəsində bir qrup şəxs Qaradağ rayonu ərazisindəki daş karxanasının sahibi Akif Məmmədova hədə-qorxu gəldikləri üçün tutulublar.

Sabirabad rayon sakini Kənan Məmmədov, Sədərək rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev, Şərur rayon sakini Məmməd Məmmədov, Şirvan şəhər sakini Taleh Nəcəfov, Ağdam rayon sakini Əlövsət Orucov və Qubadlı rayon sakini Əlizamin Niyazov əlbir olaraq Akif Məmmədovdan 5 min manat pul alıblar. Saxlanaılanlar bundan əlavə iş adamına hər ay onlara 30.000 manat ödəmək öhdəliyi qoyublar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar