Bakıda reket jurnalist tutuldu
    02 Fevral 2012 Cümə Axşamı 17:03
    O 5000 dollar pul alarkən tutulub.
    
                	 
    
         Bakıda reket jurnalist tutulub. ANS PRESS-in Daxili İşlər Nazirlyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, I Zabrat qəsəbə sakini Müştaba Əliyev özünü “Azərbaycan İdeyası” qəzetinin əməkdaşı kimi təqdim edərək Mərdəkan qəsəbə sakini Kamil Şükürov barəsində qəzetlərdə rüsvayedici məqalələr dərc edəcəyi ilə ona hədə-qorxu gəlib. 
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Müştaba Əliyev K.Şükürovdan 5000 dollar pul alarkən tutulub.
DOSTLARINLA PAYLAŞ: