Bakıda "Qızılbarmaq" ləqəbli cibgir saxlanılıb
13 Yanvar 2011 Cümə Axşamı 23:55
71 yaşlı qadın öz tələbəsi ilə birlikdə cinayət üstündə yaxalanıb.
Oğru aləmində "Qızılbarmaq", "Balaca Fatma" ləqəbi ilə tanınan və cibgirliklə məşğul olan 71 yaşlı Fatma Əliyeva Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. ANS TV-nin məlumatına görə, Fatma Əliyevanın son cinayətləri barədə məlumatı bölmədə hələ bu ilin əvvəllərində olub. Zərərçəkmişlər İlhamə Sadıqzadə və Gülputa Ağayeva müxtəlif vaxtlarda 25-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək pullarının oğurlandığı barədə məlumat verib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayon ərazisində cibgirliklə məşğul olan Fatma Əliyeva ilə yanaşi 40 yaşıi Fəridə Ağaməmmədova da saxlanılanaraq bölməyə gətirilib.

25-ci Polis Bölməsinin rəisi Rəfael Albabayev cinayətin bu iki şəxs tərəfindən törədlidiyinin sübuta yetirildiyini deyib: “Fakt qətidir. 100 faiz cinayəti onlar törədib. Bir fakt şüdhəlidir. 4 faktda zərərçəkmişlərə 1600-1700 manat ziyan vurub. Həmçinin bankomat kartları da götürüblər”.

İlkin dindirilmə zamanı Fatma Əliyeva cibgirliklə məşğul olmadığını söyləyib. Əliyeva çantasından çıxan pulqabını təsadüf nəticəsində əldə etdiyini bildirib: “Avtobusda oturmuşdum, mənə yer verdilər. Oturdum, ayağımın altında qara portmane var, götürdüm, atdım sumkama. Çıxdım getdim maqazinə. Tutub gətirdilər bura. Sumkadan qara portmane çıxdı”.

Toplanmış maddi sübutlar isə saxlanılan Fatma Əliyeva və Fəridə Ağaməmmədovanın metronun "Qara Qarayev" stansiyası yaxınlığında yerləşən marketlərin birində qadının çantasına girmələri saniyəbəsaniyə mağazanın təhlükəsizlik kameraları vasitəsilə görüntülənib. Bu görüntülərdə Fatma və Fəridənin əlbir olub qadının sumkasına necə girmələri açıq-aşkar görünür.

Fatma Əliyeva ona "Qızılbarmaq" ləqəəbinin Rübabə adlı qadın tərəfindən verildiyini bildirib. Onun sözlərinə görə, həmin qadın indi sağ deyil. “Balaca Fatma da çağırırlar, kimə necə xoşdur elə çağırır”.

Faktla bağlı saxlanılan şəxslər barəsində 25-ci Polis Bölməsində toplanmış materiallar artıq araşdırılması üçün Nizami rayon Polis İdarəsinə göndərilib. İstintaq tədbirlərindən sonra Qızılbarmaq Fatma və onun tələbəsi Fəridə Ağaməmmədovanın əməlinə Cinayət Məcəlləsinin hansı maddəsi ilə qiymət veriləcəyi məlum olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar