Bakıda qısqanc ər arvadının iş yoldaşını öldürdü
02 May 2011 Bazar Ertəsi 13:57
Hadisə sanatoriyada baş verib
Bakının Xəzər rayonunda yerləşən sanatoriyada qətl hadisəsi baş verib. Rayon Prokurorluğunda işi araşdıran müstəntiqin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə aprelin 30-u axşam saat 10-11 radələrində Mərdəkan qəsəbəsindəki “Günəşli” sanatoriyasında qeydə alınıb. 56 yaşlı Rafiq Süleymanov qısqanсlıq zəminində İmişli rayonunda qeydiyyatda olan 58 yaşlı Əli Əliyevə coxsaylı bıçaq xəsarəti yetirərək onu qətlə yetirib.
Məlumata görə, Ə.Əliyev həmin sanatoriyada anbardar, R.Süleymanovun həyat yoldaşı isə mühasib vəzifəsində çalışırmış. O, son zamanlar hayat yoldaşı ilə Ə.Əliyev arasında münasibətin olmasından şübhələnib. Məsələyə aydınlıq gətirmək üçün isə işlədiyi Qala Maşınqayırma Zavodundan çıxaraq arvadının işlədiyi “Günəşli” sanatoriyasına yollanıb və Əli Əliyevlə mübahisə etməyə başlanıb. Nəticədə bıçaqla ona bir neçə xəsarət yetirərək qətlə yetirib.
İstintaqa ilkin ifadəsini verən R.Süleymanov törətdiyi əməldən peşman olduğunu bildirib. Faktla bağlı AR CM-nin 126-cı(Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: