Bakıda qətl hadisəsi törədərək gizlənən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 19-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan əvvəllər məhkum olunan Etibar Mustafayevdir.
Qeyd edək ki, oktyabrın 1-i saat 21.00 radələrində Binəqədi-Balaxanı yolunun 3-cü kilometrliyində yerləşən zibilliyin yaxınlığından təxminən 50-55 yaşlı, üzərində kəsilmiş yaraları olan meyit tapılmışdı. Araşdırma nəticəsində meyitin Vladimir Heydərova məxsus olduğu aydınlaşıb.
Hadisənin nə səbəbdən və hansı zəmində baş verdiyi istintaq orqanı tərəfindən araşdırılır.
Bakıda qətl törədən gizlənən şəxs tutuldu
Bu, keçmiş məhkumdur




Şərhlər