Bakıda ağır cinayət hadisəsi törədilib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Dərnəgül qəsəbəsində qeydə alınıb.
Qəsəbədə qəssablıqla məşğul olan Sahib Şükürov istifadə elədiyi balta ilə Allahverdi Baxşəliyevi boynundan vurub. Nəticədə A. Baxşəliyevin şah damarı kəsilib və boynu sınıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, onun sağ qalması ehtimalı çox azdır.
Hadisəni törədən S. Şükürov saxlanılıb. O, ilkin dindirilmə zamanı A. Baxşəliyevi təhqir olunduğu üçün vurduğunu etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Bakıda qəssab müştərisini baltaladı
yaralının vəziyyəti kritikdir




Şərhlər