Bakıda qarlı havada 42 nəfər yıxılaraq xəsarət alıb
09 Fevral 2012 Cümə Axşamı 10:28
Yıxılanlardan 29-u xəstəxanaya yerləşdirilib.
Ötən gündən paytaxtda müşahidə olunan çovğunlu hava şəraiti nəticəsində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciətlərin sayında çoxalma qeydə alınıb. Stansiyanın baş həkimi Mürsəl Həmidov ANS PRESS-ə verdiyi məlumata görə, təcili tibbi yardım stansiyalarına 1262 müraciət daxil olub. Onlardan 165 nəfəri xəstəxanalara yerləşdirilib.

“Ötən gün 102 nəfər travma alma ilə əlaqədar həkimə müraciət edib ki, onlardan 61 nəfəri xəstəxanaya yerləşdirilib. Dünən 42 nəfər buzlu yolda yıxılaraq xəsarət alıb. Yıxılanlar arasında 29 nəfər xəstəxanaya yerləşdirilib. Dəm qazından isə 17 nəfər zəhərlənib. Onlardan 11 nəfər xəstəxanaya yerləşdirilib”, - deyə Mürsəl Həmidov vurğuladı.

Qeyd edək ki, dünən donvurma ilə əlaqədar xəstəxanalara müraciət edən olmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar