Hadisə

Bakıda qardaş qardaşı öldürdü

Hadisənin motivi və zəmini hələlik müəyyənləşdirilməyib

· Xəbərçi
Bakıda qardaş qardaşı öldürdü
Bu gün Bakıda qətl hadisəsi törədilib. Nəsimi rayon Polis İdarəsi 35-ci Polis Bölməsindən verilən məlumata görə, Naximov küçəsi, 29 ünvanında 1985-ci ildə anadan olmuş Səmədov Murad Kamran oğlu qardaşı, 1986-cı il təvəllüdlü İlhamı bıçaqla qətlə yetirib. M.Səmədov qardaşını öldürdükdən sonra qaçıb.

Hadisənin motivi və zəmini hələlik müəyyənləşdirilməyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. ANSPRESS

Şərhlər