Bakıda qadın məşuqu tərəfindən ölümcül bıçaqlandı
04 Oktyabr 2010 Bazar Ertəsi 10:30
Hadisə 9-cu mikrorayonda olub. Qadın məşuqu tərəfindən ölümcül bıçaqlanıb.
Bakının 9-cu mikrorayon ərazisində bıçaqlanma hadisəsi baş verib. ANS TV-nin məlumatına görə, Qaradağ rayonu Lökbatan qəsəbə sakini, 54 yaşlı Mətanət Xancanova Mir Cəlal küçəsində yerləşən “Tərlan” şadlıq sarayının yaxınlığında ölümcül bıçaq zərbəsi alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstəxananın cərrahı Elman Əzimovun ANSTV-yə verdiyi məlumata görə, qadın mərkəzə çox ağır vəziyyətdə gətirilib və onun döş qəfəsində kəsilmiş-deşilmiş yaraların olması müəyyənləşib. Həmin yaralar onun ağ ciyərini bir neçə yerdən zədələyib. Hazırda xəstənin vəziyəti ağır olaraq qalır.

Xəstəxananın reanimasiya şöbəsində müalicə alan M. Xancanovanın qısqanclıq zəminində öz məşuqu tərəfindən bıçaqlandığı bildirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar