Bakıda yanğın hadisəsi baş verib. Nəsimi rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, 5-ci mikrorayon, Asim Məhərrəmov küçəsi 44 ünvanında Vüqar Salmanova məxsus mənzil yanıb. Hadisə nəticəsində 38 kvadrat metr ərazisi olan ev tamamilə yanıb. Həmin vaxt evdə olan kirayənişin 1974-cü il təvəllüdlü Kişiyeva Nüşabə Ağaxan qızı isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Qeyd edək ki, N.Kişiyeva xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar araşdırma aparılır.
Bakıda qadın kirayə yaşadığı evdə yandı
Hadisə Nəsimi rayonunda baş verib.




Şərhlər