Hadisə

Bakıda "Prado" "VAZ 2107" ilə toqquşdu

Hadisə dəmiryolu keçidinin yaxınlığında baş verib

· Xəbərçi
Bakıda "Prado" "VAZ 2107" ilə toqquşdu
Bakıda iki maşının toqquşması üç nəfərin ölümünə, bir nəfərin isə xəsarət almasına səbəb olub.Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 15:30 radələrində Xəzər rayonu Qala qəsəbəsi ərazisində, dəmiryolu keçidinin yaxınlığında baş verib.

10-UL-969 dövlət nömrə nişanlı "Toyota Prado" markalı maşın qarşı tərəfdən gələn 90-KV-527 dövlət nömrə nişanlı "VAZ-2107" markalı maşınla toqquşub. Nəticədə "07"də olan üç nəfər elə hadisə yerindəcə keçinib, "Prado"nun sürücüsü isə xəsarət alıb.

Hadisə yerinə Xəzər rayon Polis İdarəsinin müstəntiqi yollanıb. Hadisənin nə səbəbdən baş verməsi araşdırılır.

Şərhlər