Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində bədbəxt hadisə baş verib. İdarənin inspektoru, polis kapitanı, 1961-ci il təvəllüdlü Ələkbər İsmayılov pilləkəndən yıxılıb. Ağır xəsarət alan Ə.İsmayılov xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bədbəxt hadisə nəticəsində ölən polis zabiti bir sıra vəzifələrdə, həmçinin Qaradağ rayonu Yol Polisi İdarəsində çalışıb.
Bakıda polis zabiti pilləkəndən yıxılaraq ölüb
Baş Dövlət Yol Polisi İdarəsində bədbəxt hadisə baş verib




Şərhlər