Hadisə

Bakıda poliklinika yandı

Hadisə Nəsimi rayonu ərazisində baş verib.

· Xəbərçi
Bakıda poliklinika yandı
Bakı şəhəri Nəsimi rayonu ərazisində poliklinika binasında yanğın olub. ANS PRESS-in Fövqəlada Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın poliklinikanın ümumi sahəsi 6 kv.m olan nasosxanasında meydana gəlib. Nasosxananın dam örtüyünün yanar konstruksiyaları 1 kv.m sahədə yanıb.

Qeyd edək ki, yanğınsöndürənlər çatana kimi yanğın vətəndaşlar tərəfindən söndürülüb.

Şərhlər