Hadisə

Bakıda parkda qanlı hadisə

25-30 yaşlı kişi bıçaqlanıb.

· Xəbərçi
Bakıda parkda qanlı hadisə
Bu gün Bakıda bıçaqlanma hadisəsi baş verib. Xətai rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Nəsrəddin Tusi küçəsi 2 ünvanı yaxınlığında, Ukrayna dairəsindəki parkda 25-30 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb.

Məlumata görə, saat 06:50 radələrində ərazidən keçən şəxslər parkda yaralı vəziyyətdə qalmış şəxsi görüblər və yaralı təcili olaraq “Azərsutikinti” xəstəxanasına gətirilib. Bıçaqlanan şəxsin vəziyyəti ağır olduğundan onun ifadəsini almaq, həmçinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, faktla əlaqədar araşdırma aparılır.

Şərhlər