Bakıda paltar dolabından kişi cəsədi tapıldı
17 Yanvar 2012 Çərşənbə Axşamı 14:57
Meyidi FHN xilasediciləri aşkar ediblər.
Bakı şəhərinin Nərimanov rayonunda yerləşən fərdi evlərin birində kişi cəsədi aşkar edilib. ANS PRESS-in Fövqəadə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, quruma Bakı şəhəri, Nərimanov rayonunda birmərtəbəli fərdi evdə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs evin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə evin giriş qapısını bayır tərəfdən açıblar.
Evə baxış keçirilərkən paltar dolabında boynuna kəndir dolanmış kişi cəsədi aşkarlanıb. Cəsəd xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
DOSTLARINLA PAYLAŞ: