Bakıda Pakistan vətəndaşı vurulub
19 Avqust 2010 Cümə Axşamı 10:35
Hadisə Təbriz küçəsində baş verib.
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, iyulun 25-i saat 19.00 radələrində Təbriz küçəsində naməlum avtomobil Pakistan vətəndaşı Muhammed Saleemi vuraraq hadisə yerindən qaçıb. Zərərçəkən isə aldığı xəsarətlər nəticəsində Kliniki Tibbi Mərkəzə aparılaraq həkim nəzarətinə götürülüb.

Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədə təqsirli bilinən Fərhad Muradov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə birlikdə saxlanılaraq barəsində araşdırma başlanılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar