Bakıda özünü 9-cu mərtəbədən atan kişi sağ qalıb
16 İyul 2010 Cümə 18:25
42 yaşlı paytaxt sakinin vəziyyəti ağır olaraq qalır.
Ötən gecə saat 01:00 radələrində Bakı sakini özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. Bu barədə Klinik Tibbi Mərkəzdən məlumat verilib.

Hadisə Bakının Nərimanov rayonu Təbriz küçəsində qeydə alınıb. Həmin ünvanda yerləşən hündür mərtəbəli binanın 9-cu mərtəbəsində yaşayan, 1968-ci il təvəllüdlü Telman Mayis oğlu Kərimov özünü yaşadığı evin eyvanından atıb.

Zərərçəkən hadisə baş verən ərazidə olan şəxslərin köməkliyi ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumatda həmçinin bildirilir ki, hadisə zamanı T. Kərimov sərxoş olub. Faktla bağlı araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar