Hadisə

Bakıda Özbəkistan vətəndaşı arvadını öldürdü

Soltan İqamverdiyev qətli qısqanclıq zəminində törədib.

· Xəbərçi
Bakıda Özbəkistan vətəndaşı arvadını öldürdü
Abşeron rayonu Mehdiabad qəsəbəsində ailədaxili qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Özbəkistan vətəndaşı Soltan İqamverdiyev arvadı Samirə Mikayılovanı qətlə yetirib. Qətl qısqanclıq zəminində törədilib. Verilən məlumata görə, Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.İqamverdiyev tutulub. anspress

Şərhlər