Ötən gün Bakıda yolların buzlu olması əlaqədar 25 nəfər sürüşərək müxtəlif dərəcəli travma alıb, onlardan 18 nəfəri xəstəxanaya yerləşdirilib. Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov ANS PRESS-ə açıqlamasında bildirib.
“Ötən gün ümumilikdə təcili yardıma 1500-dən çox müraciət edilib. Onlardan 70 nəfəri xəstəxanaya yerləşdirilib. Müraciətlər arasında buzlu yolda yıxılaraq xəsarət alanların sayı 25 nəfər təşkil edir. Bundan başqa, 3 yanğın hadisəsində xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib. 4 nəfər də zəhərlənməyə görə müraciət edib. İndi hava isinib, bəzi yollar buzdan açılıb. Amma hələ də yollarda hərəkət çətinir”, - deyə Mürsəl Həmidov vurğulayıb.
Bakıda ötən gün 25 nəfər sürüşərək travma alıb
Onlardan 18-i xəstəxanaya yerləşdirilib.




Şərhlər