Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
27 Fevral 2011 Bazar 14:46
Maneəyə çırpılan “Jiquli"nin 28 yaşlı sürücüsü ölüb.
Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sabunçu rayon Polis İdarəsinin müstəntiqi baş leytinant Hikmət Vəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, “VAZ 2107” markalı "10 KC 596" dövlət nömrə nişanlı avtomobil yol kənarındakı maneəyə çırpılıb. Qəza bu gün səhər saatlarında qeydə alınıb.
Hadisə nəticəsində sürücü Bakı şəhər, Nardalan qəsəbəsi sakini 28 yaşlı Rəşad Həsən oğlu Xudaverdiyev yerində keçinib. İlkin ehtimala görə, hadisəyə səbəb avtomobilin yüksək sürətlə idarə olunması olub.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: