Bu gün saat 7 radələrində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Binəqədi Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Binəqədi rayonunun Xocahəsən qəsəbəsində, Beyləqandan Bakıya gələn “QAZ-53” markalı yük maşını digər maşınla toqquşub. Nəticədə “QAZ-53”ün sərnişini, 29 yaşlı Beyləqan rayon sakini Amid Heybət oğlu Quliyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır. ANSPRESS
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Beyləqan sakini hadisə yerində ölüb.




Şərhlər