Bakıda oğul atasını qətlə yetirib
12 Mart 2012 Bazar Ertəsi 10:06
Hadisə Xətai rayonunda baş verib.
Bakının Xətai rayonu ərazisində oğul atasını qətlə yetirib. Bu barədə APA-ya Xətai Rayon Prokurorluğundan bildirilib.

Hadisə martın 11-dən 12-ə keçən gecə paytaxtın Naximov küçəsi, ev 17/1 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Samir Yanvar oğlu İsrafilov adıçəkilən ünvana gələrək atası ilə aralarında baş verən münaqişə zəminində 1956-cı il təvəllüdlü Yanvar İsrafilovu bıçaqlayıb. Yanvar İsrafilov aldığı xəsarətdən dünyasını dəyişib. Samir İsrafilov isə atasını qətlə yetirdikdən sonra hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar