Hadisə

Bakıda oğru futbolçu tutuldu

Oğru futbolçu telefon və pul oğurlamaqda şübhəli bilinir.

· Xəbərçi
Bakıda oğru futbolçu tutuldu
Tofiq Bəhramov adına Respublika Stadionunun futzal meydançasının geyinib-soyunma otağından oğurluq edən şəxs saxlanılıb. Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bərdə rayon sakini Rahib Nəcəfov yaxalanıb.

Onun qolları məşq edən futbolçuların mobil telefonlarını və pullarını oğurlamaqda təqsirli bilinirək qandallanıb.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər