Bu gün Bakı şəhəri, Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən yüksəkmərtəbəli binanın 12-ci mərtəbəsində yerləşən ofisə silahlı basqın olub. Şahidlərin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda Nərimanov rayon polis idarəsi, prokurorluq əməkdaşları, Bakı Şəhər Baş prokurorluğunun yüksək rütbəli nümayəndələri hadisə yerində araşdırma aparırılar. Hadisəni törədən şəxsin və ya şəxslərin kimliyi araşdırılır.
Şahidlərin ANS PRESS-ə verdiyi məlumata görə, adıçəkilən ofis tikinti şirkətlərindən birinə məxsus olub. İlkin ehtimala görə, yaralanan da ofisin sahibi İbrahim, ölən isə onun müavini Əflatun adlı şəxsdir. anspress
Bakıda ofisə silahlı basqın olub, ölən və yaralanan var
Bakıda ofisə silahlı basqın olub, ölən və yaralanan var. Hadisə bu gün günorta saatlarında qeydə alınıb.




Şərhlər