Hadisə

Bakıda ofisdə qətl törədilib

Hadisənin səbəbi araşdırılır

· Xəbərçi
Bakıda ofisdə qətl törədilib
Bakının Nərimanov rayonu ərazisində qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, dünən 66 yaşlı Qəhrəman Cəlilov işlədiyi ofisdə bıçaqlanıb. Ağır bıçaq xəsarətləri ilə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilən yaralı orada ölüb. Hadisə metronun "Gənclik" stansiyasının yaxınlğında, F.X.Xoyski 81 ünvanında yerləşən ev alqı-satqı ofisində baş verib.

Qətlin kim tərəfindən törədilməsi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər