Bakıda neft kəməri deşilib
12 Yanvar 2012 Cümə Axşamı 13:13
Nəticədə xam neft 50 kv.m sahəyə dağılıb.
Bakı şəhəri, Sabunçu rayonunda mədən ərazisində neftyığma məntəqəsinə keçən diametri 200 mm olan neft boru kəmərinin deşilib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, nəticəsdə xam neft 50 kv.m sahəyə dağılıb. Yanğın hadisəsi olmayıb. Qəza saat 00:30-da neft şirkətinin işçiləri tərəfindən aradan qaldırılıb. Ətrafa dağılmış neftin üstü torpaqla örtülüb. Qəzanın nəticələri aradan qaldırılana qədər yanğısöndürənlər hadisə yerində növbə çəkiblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
DOSTLARINLA PAYLAŞ: