Bakının Qaradağ rayonunda partlayış olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, avtomobil təmiri sexinin ərazisində "KamAZ" markalı avtomobilin qoşqusunda olan 30 tonluq çəndə qaynaq işləri aparılarkən partlayış olub, sonra isə yanğın başlayıb.
Nəticədə, həmin çəndə olan, təxminən, 10 ton neft məhsulu ətrafa dağılıb, avtomobilin kabina hissəsi yanıb, 1 nəfər bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yaxınlıqdakı avtomobilləri yanğından mühafizə edib, xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb.
Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İlkin ehtimala görə, hadisəyə qaynaq işləri apararkən yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olub. ANSPRESS
Bakıda neft daşıyan maşın partladı: 1 yaralı
10 ton neft məhsulu ətrafa dağılıb.




Şərhlər