Hadisə

Bakıda narkotik istifadəçisi ürəyindən bıçaqlanıb

Hadisə Əmircan qəsəbəsində baş verib.

· Xəbərçi
Bakıda narkotik istifadəçisi ürəyindən bıçaqlanıb
Bakıda narkotik istifadəçisi ürəyindən bıçaqlanıb. Suraxanı rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Suraxanı rayonu,Əmircan qəsəbəsi, Sabir küçəsində yaşayan 46 yaşlı Əmirqulu Quliyev bıçağı öz ürəyinə soxub. Ağır vəziyyətdə 3 saylı Klinik Xəstxanaya çatdırılan Ə.Quliyev dərhal cərrahi əməliyyat olunub. Xoşbəxtlikdən bıçaq onun ürəyini yaralamayıb.

Hadisə yanvarın 3-nə keçən gecə saat 01 radələrində olub. Yaşadığı evin həyətində olan zaman iki uşaq atası Ə.Quliyev müəmmalı şəkildə özünü bıçaqlayıb. Onun özünü vurmasının səbəbləri məlum deyil.

Zərərçəkmiş əvvələr narkotik istifadəsinə görə məhkumluq həyatı yaşayıb. Hazırda da onun narkotik istifadəçisi olduğu bildirilir.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Şərhlər