Hadisə

Bakıda naməlum kişi meyiti tapılıb

Mərhumun tikintilərdən birində fəhlə işlədiyi ehtimal olunur

· Xəbərçi
Bakıda naməlum kişi meyiti tapılıb

Bakının Nəsimi rayonu ərazisində üzərində zorakılıq əlamətləri olmayan naməlum kişi meyiti taplıb. Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, orta yaşlarında olan naməlum kişi Süleyman Rəhimov küçəsi 197 ünvanında küçədə  dünyasını dəyişib. Naməlum meyitin əynində işçi paltarı olduğundan onun yaxınlıqda yerləşən tikintilərdən birində fəhlə işlədiyi və ürək tutmasından keçindiyi ehtimal olunur. Faktla bağlı Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Anar Məmmədov /ANSPRESS/

Şərhlər