Bakıda piyadanın ölümü ilə nəticələnən yol-qəza hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə mayın 31-i saat 10:30 radələrində H.Əliyev prospektində qeydə alınıb. Bakı şəhər sakini Qasım Bayramov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə Xalıq Ələkbərovu vurub. Yaralı aldığı xəsarətlərdən elə hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda “Mitsubishi”nin vurduğu piyada öldü
Piyada hadisə yerində keçinib




Şərhlər