Bakıda metrosunda bomba həyəcanı
06 Aprel 2011 Çərşənbə 15:03
Məlumat təsdiqini tapmayıb
Bakıda növbəti dəfə bomba həyəcanı yaşanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, aprelin 5-də saat 18:49 radələrində özünü Buzovna qəsəbə sakini Orxan Əhmədoğlu kimi təqdim edən şəxs Sabunçu qəsəbəsi ərazisindəki taksofondan DİN-in “102” Zəng Mərkəzinə zəng edərək, Ruslan adlı şəxsin qara qutuda olan bombanı Əzizbəyov metrosstansiyasında eskolatordan düşən kimi mağazaya qoyması barədə məlumat verib.
Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsi əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də məlumat təsdiqini tapmayıb.
Aparılan araşdırma zamanı yalan məlumatın Sabunçu qəsəbə sakini, 11 yaşlı X.R. tərəfindən verilməsi müəyyən edilib.
X.R. anası ilə birgə 12-ci polis bölməsinə dəvət olunub, izahatları alındıqdan sonra isə buraxılıb.
DOSTLARINLA PAYLAŞ: