Bakıda “Mercedes–Gelenwagen” “Toyota” ilə toqquşub
07 Yanvar 2011 Cümə 16:20
Qəza nəticəsində bir nəfər xəsarət alıb
Bakıda bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. ANS PRESS-ə Bakı şəhər Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 15:15 radələrində Nərimanov rayonunda, Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, hadisə işıqforun qırmızı sayrışan işığı yanarkən olub. “Mercedes – Gelenwagen” markalı maşın yol hərəkəti qaydalarını gözləməyib və hərəkəti davam etdirərkən qarşıda dayanan “Toyota Camary”a çırpılıb. Zərbənin təsirindən “Toyota”da yolun hərəkət hissəsindən çıxaraq yol kənadındakı ağaca dəyib. Nəticədə hər iki maşına ziyan dəyib, “Toyota Camary”nın sürücüsü yüngül xəsarət alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasından ANS PRESS-ə bildirilib ki, yaralı təcili yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb.

Bakı şəhər Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, idarənin əməkdaşları hadisə yerinə yollanaraq ilkin araşdırmalara başlayıblar.



DOSTLARINLA PAYLAŞ:

oyunlar