Bu gecə saat 00:20 radələrində Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən xəbərə görə, “Mercedes E280” markalı avtomobil yolun kənarındakı dirəyə çırpılıb. Qəza nəticəsində sürücü Emin Mustafayev və onun sərnişini Vüsalə Təhməzova ölüb.
Qeyd edək ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Bakıda “Mercedes” dirəyə çırpıldı: 2 ölü
Hadisə Sabunçu rayonu ərazisində baş verib




Şərhlər