Bakıda mənzildən meyit tapılıb
08 Sentyabr 2011 Cümə Axşamı 12:38
Meyit aidiyyati üzrə təhvil verilib
Bakıda mənzildən meyit tapılıb. Fövqəladə Hallar Nazirliyinin internet səhifəsində yerləşdirilən xəbərə görə, nazirliyə Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən 1939-cu il təvəllüdlü Zaqorodnaya Svetlana Nikolayevna hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində S.N.Zaqorodnayanın vəfat etdiyi məlum olub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:15-də başa çatıb.
DOSTLARINLA PAYLAŞ: