Bakının Nəsimi rayonu ərazisində güclü yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən milli.az-a verilən məlumata görə, bu gün saat 09:00 radələrində Şamil Əzizbəyov küçəsi 2 ünvanında yerləşən ikimərtəbəli yaşayış binasında yanğın meydana gəlib.
Hadisə ilə bağlı 2-ci dərəcəli çağırış verilib. Əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub.
Yanğının qarşısı alınıb. Mənzildən ev sahibinin yanmış meyiti tapılıb.
Qeyd edək ki, yanğının səbəbləri məlum deyil.
Bakıda mənzil sahibi evində yanaraq öldü.
Hadisə Nəsimi rayonunda baş verib.




Şərhlər