Bakıda məktəblilər arasında qanlı hadisə
08 Dekabr 2011 Cümə Axşamı 10:51
15 yaşlı oğlan 16 yaşlı oğlan tərəfindən bıçaqlanıb.
Bakıda məktəblilər arasında bıçaqlanma hadisəsi baş verib. Binəqədi rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, 7-ci mikrorayonda, 2 saylı evtikmə kombinatının həyətində, Zəngilan rayonundan məcburi köçkün olan 1997-ci il təvəllüdlü Qurbani Ədalət oğlu Quliyev 1996-cı ildə anadan olmuş Ərşad Qalib oğlu Mirzəyevi bıçaqlayıb.
Bakıda məskunlaşmış Zəngilan rayon orta məktəbinin şagirdləri olan yeniyetmələr yaşadıqları evtikmə kombinatının korpusunun arxasında hələlik məlum olmayan səbəblərdən mübahisə ediblər. Nəticədə 14 yaşlı Q.Quliyev 10-cu sinif şagirdi olan Ərşadı ürəyindən bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə iş başlanılıb.
DOSTLARINLA PAYLAŞ: